“Elza” tropik qasırğası ötən gün axşam saatlarında güclü yağış və külək ilə Kubanın qərb hissəsindən Havana yaxınlığından keçib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu haqda “Associated Press” məlumat yayıb.
Qasırğa Havanadan şərqdə kənd ərazilərindən keçib və “Cienaga de Zapata” milli parkına çatıb. Axşam küləyin sürəti 85 km/saata çatıb.
Kuba rəhbərliyi təhlükəsizlik tədbirləri çərçivəsində əhalini qasırğa səbəbindən mümkün ola biləcək güclü daşqınlardan qorumaq üçün 180 min nəfəri təxliyyə edib. Qasırğa artıq bir neçə Karib adalarını vurub və azı 3 nəfərin həyatına son qoyub.
Daha əvvəl verilən məlumatlarda qeyd olunurdu ki, “Elza” qasırğası Atlantik okeanında əmələ gələcək və ABŞ-a doğru hərəkət edəcək. O, 3 iyul tarixində Haiti və Dominikan Respublikasına çatıb.
Mayami Milli Qasırğa Mərkəzinin məlumatına görə, küləyin sürəti 110 km/saata çatıb. Floridanın 15 əyalətində qasırğanın yaxınlaşması səbəbindən fövqəladə hal rejimi qüvvədədir.
Son xəbərlər
Son Xəbərlər