Elza Seyidcahanın oğlu da müğənni olacaq

elza-seyidcahanin-oglu-da-mugenni-olacaq
Oxunma sayı: 835

Bu məlumatı Lent.az-a müğənni E.Seyidcahan verib:

“ Oğlumun səsi olduğunu çoxdan bilirdim. Onun xoşagələn səsi və ifası var, çoxdan müğənni ola bilərdi. Əsgərliyi bu istəyini yubandırdı. Bəzən deyir ki, bəlkə ifaçı olmağım gecdi? Mənsə deyirəm ki, qətiyyən. Oğlum skripkaçı kimi özünü təsdiqlədi, indi qalır müğənni kimi...Yaxşı müğənni olacağına inanıram. Bir bəstəkar kimi nə kömək lazımdırsa edəcəm. Amma təbiətcə bir az sakitdir. Müğənni gərək diribaş olsun, bu, şou-biznesdir”.