Elza təyyarədə konsert verəcək

elza-teyyarede-konsert-verecek-
Oxunma sayı: 1273

"Qafqazinfo"nun Axşam.az-a istinadən verdiyi məlumata görə, müğənni bu dəfə təyyarədə konsert verəcək.

Onun sözlərinə görə, konsertin devizi “Bir millət iki dövlət”dir: "Bu, ya Türkiyəyə, ya da Avropaya uçuz zamanı baş verəcək. Konserti təyyarə qəzasında həlak olan insanların xatirəsinə həsr edəcəyik. Mahnılarımın hamısı lirik olacaq. Qeyri-adi, dünya ulduzlarını belə heyrətləndirəcək layihədir. Hətta təyyarəyə mahnı da bəstələyəcəm. Konsertdə məni sevən, musiqimi bəyənən insanlar bir araya gələcək”.

Geyimlərindən danışan əməkdar artist onların da fərqli olacağını iddia edib: “Hazırda stilistlər bunun üzərində çalışır. Onların heç bir ideyasına müdaxilə etməyəcəm. Bu libaslar məşhur müğənnilərin diqqətini çəkəcək. Yerli sənətçilərimizdən danışmaq istəmirəm.  Mən indi dünya ulduzları ilə rəqabətdəyəm”.