Elza toy edəcək

elza-toy-edecek
Oxunma sayı: 2053


“Qafqazinfo” xəbər verir ki, bu barədə Lent.az-a açıqlama verən müğənni bildirib ki, oğlunun toyu aprelin 21-i olacaq: 

“Allah hər kəsə gözəl bir ailə nəsib etsin. Oğlumun ilk evliliyi uğursuz alındı. Bu, alın yazısı, Allahın qismətidir. İndi ikinci dəfə evlənmək qərarındadır. Mən də bir ana kimi xeyir-duamı verdim. Övladlarımdan razıyam. Oğlumun xeyir işinə sənətçi dostlarımı da dəvət edəcəm”. 

Onu da əlavə edək ki, Əkbərin birinci toyu 2009-cu ildə olmuşdu. Toydan bir neçə ay sonra isə cütlük ayrılmağa qərar vermişdi. E. Seyidcahan sonuncu açıqlamasında isə oğlunun boşanması barədə bu sözləri demişdi: 

“Oğlumun seçiminə hər zaman hörmətlə yanaşmışam. Hətta boşanmaq istəyəndə də onu şəxsi seçimi ilə baş-başa buraxdım. O da boşandı. Hər bir ailədə boşanma ola bilər. Burada nə var ki? Əlbəttə ki, mən istəməzdim ki, oğlum boşansın. Amma olacağa çarə yoxdur. Yenə də Allaha şükür edirəm. Papağımız başımızda, külüngümüz əlimizdə. Bəlkə də bu, yaxşı qərar oldu, sonra gec ola bilərdi. Həyatdır, bilmək olmaz ki, sabah başımıza nə iş gələcək. Bu, bir qismət, alın yazısı, taledir. Atalar “olacağa çarə yoxdur” deyib. İkinci dəfə evlənəcəyi xanımı seçməyi də öz öhdəsinə buraxmışam. Namizədlər də var, sadəcə, seçim edirik. Toyun vaxtı barəsində hələ nəsə deyə bilmərəm”.