Elzanın halı pisləşdi

elzanin-hali-pislesdi
Oxunma sayı: 5022

Əməkdar artist Elza Seyidcahanın səhhətində problem yaranıb. “Qafqazinfo” xəbər verir ki, 54 saylı Şabran-Siyəzən dairəsindən namizədliyini irəli sürən sənətçinin seçkilərdə məğlubiyyətindən sonra halı pisləşib.

Özü və bacısı Mehribanın təzyiqlərə məruz qaldığını, hətta döyüldüyünü iddia edən Seyidcahan affekt vəziyyətinə düşüb. Əvvəlcə sənətçinin olduğu Xızı rayonundakı mənzilinə təcili tibbi yardım avtomobili çağırılıb, daha sonra onun Bakıya gətirilməsinə qərar verilib.

Hazırda bəstəkar-müğənni paytaxt klinikalarının birində müalicə alır, vəziyyəti normaldır.