Embawood şirkəti STAR CİTY kolleksiyasını təqdim edib

embawood-sirketi-star-city-kolleksiyasini-teqdim-edib-
Oxunma sayı: 837

Embawood şirkəti yeni STAR CİTY kolleksiyasını təqdim edib. Bununla bağlı keçirilən təqdimat mərasimində şirkətin nümayəndələri yeni kolleksiya barədə məlumat veriblər.
Bildirilib ki, kolleksiyaya daxil olan konseptləri işləyərkən dizaynerlərin qarşısına qoyulmuş başlıca məqsəd mebel vasitəsilə evdə fərqli ab-hava yaratmaq idi. Həqiqətən də bu kolleksiya digərlərindən həm dizayn, həm funksionallıq, həm də rəng seçimi baxımdan seçilir və hər bir konsept aid olduğu ölkənin koloritini əks etdirir.
Mağazalarda yataq, qonaq, divar və yumşaq dəstləri olan eyni konseptdə mebellər seçmək mümkündür.
STAR CİTY kolleksiyasına Venesiya, İstanbul, Peterburq, Milan və Stokhom dəstləri daxildir.
Qeyd edək ki, şirkətin yeni STAR CİTY kolleksiyasının siması Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Babayevadır. Şirkətin yeni simasına ailə qurması münasibətilə Venesiya konsepti hədiyyə edilib.

Nigar