Əmək nazirləri Türkiyəyə toplanır -

emek-nazirleri-turkiyeye-toplanir-
Oxunma sayı: 792


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Azərbaycan Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Toplantı zamanı Türkiyənin G20 qrupuna sədrliyi üçün müəyyən etdiyi prioritetlərə uyğun olaraq əmək bazarının inkişaf etdirilməsi və daha inkluziv əmək bazarının təşviq olunması, insan resurslarına sərmayənin artırılması, əmək bazarına dair səmərəli monitorinqin aparılması, iş qüvvəsinə olan tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması və s. məsələlər müzakirə olunacaqdır. 

Qeyd edək ki, Türkiyənin  G20 qrupuna sədrliyi dövründəki toplantılarda Azərbaycan tam hüquqlu üzv kimi iştirak etməyə dəvət olunub.

“Qafqazinfo”