Əmək normalarına dair seminar keçirilib - Fotolar

emek-normalarina-dair-seminar-kecirilib
Oxunma sayı: 1344

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərinin Binəqədi rayonunda “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları” mövzusunda maarifləndirici tədbir keçirib.  "Qafqazinfo"nun məlumatına görə, tədbirdə Xidmətin ərazisində (Abşeron və Binəqədi rayonu) fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlər və işçilər iştirak edib.

Bildirilib ki, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ var. Əməkhaqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.

Əmək Məcəlləsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Seminarda mövzu ilə bağlı ətraflı məlumatlar verilib,  iştirakçıların sualları cavablandırılıb.