Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Twitter”də

emek-ve-ehalinin-sosial-mudafiesi-nazirliyi-twitterde
Oxunma sayı: 1145

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, bu günlərdə isə Nazirliyin Twitter səhifəsi də fəaliyyətə başlayıb. Yeni yaradılan Twitter səhifəsinin (MLSPPAzerbaijan) fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Səhifədəki məlumatlar mütəmadi olaraq yenilənir.

Qeyd edək ki, nazirliyin rəsmi facebook səhifəsi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) artıq 10 000 nəfərə yaxın izləyiciyə malik olmaqla, dövlət qurumları arasında ən çox izləyicisi olan səhifələrdən biridir. Həmçinin facebook-da Nazirliyin rəsmi profilində (mlspp.gov.az) 170 istifadəçi ilə dostluq əlaqəsi mövcuddur ki, onların əksəriyyətini KİV nümayəndələri təşkil edir.