Əmək yarmarkası olacaq

emek-yarmarkasi-olacaq
Oxunma sayı: 927



ƏƏSMN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbir Naftalan şəhər Məşğulluq Mərkəzinin inzibati binasında (N.Gəncəvi küçəsi, döngə 1) təşkil olunacaq. Əmək yarmarkasında bu şəhərdə fəaliyyət göstərən müəssisələr üzrə 140-a yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə peşə hazırlığına, müvəqqəti xarakterli və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq.