Əmək yarmarkası təxirə salındı - Foto

emek-yarmarkasi-texire-salindi-
Oxunma sayı: 1521

Bu gün Ağdam rayon sakinləri üçün keçirilməsi nəzərdə tutulan əmək yarmarkası təxirə salınıb.

“Qafqazinfo” azadliq.org-a istinadən xəbər verir ki, yarmarkanın keçiriləcəyi idman kompleksinin önünə toplaşan insanlar "təxirə salınıb" elanı ilə qarşılaşıblar.

Məşğulluq İdarəsinə yollanan insanlara da yarmarkanın təxirə salındığını deyiblər.

Bundan sonra onlar rayon icra hakimiyyətinə yürüş ediblər. İcra başçısının müavini onların qarşısına çıxaraq yarmarkanın sentyabrda keçiriləcəyini söz verib.