Əməkdar artist Ehtiram Hüseynov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə muğam ifaçısı instaqram hesabında paylaşım edib.
O, Türkiyənin tanınmış müğənnisi Serdar Ortaçın dediyi “MS xəstəsi olmaq o deməkdir ki, bu gün yaxşı, sabah pis, növbəti gün isə yaxşı olub, insanları təəccübləndirirsən” sözlərini paylaşıb. Hüseynov paylaşımına “İnşallah MS-in də çarəsi tapılar” sözlərini əlavə edib.
İzləyicilər, o cümlədən tanınmışlar sənətçiyə şəfa diləyiblər.
Xatırladaq ki, 2019-cu ildə xanəndə verdiyi konsertdə ifalar zamanı yerindən qalxmayıb, qalxan zaman isə yeriməkdə çətinlik çəkib. Həmin tədbirdə çıxış edən Xalq artisti Nəzakət Teymurova “Qafqazinfo”ya o vaxt verdiyi açıqlamasında Hüseynovun bir az soyuqladığını demişdi.
Qeyd edək ki, MS (dağınıq skleroz) - sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur.

Son xəbərlər
Son Xəbərlər