Əməkdar artist anıldı- - Fotolar

emekdar-artist-anildi-
Oxunma sayı: 2689


“Qafqazinfo”nun məlumatına görə, prodüserlər Humay Muxtarova ilə Ülvi Rzazadə təşkilatçılığı ilə baş tutan mərasimdə sənətkarın  mahnıları ilə yanaşı, həyat və yaradıcılığından bəhs edən görüntülər nümayiş olunub. Xalq artisti Flora Kərimova isə  sənətkar haqda xatirələrindən danışıb.

“Burada iştirak edən hər kəsə təşəkkür edirəm, gəlməyənlərin də canları sağ olsun. Sənətkarları yad etmək, unutmağa qoymamaq borcumuzdur. İstədik ki, Nəzakət xanımın həm doğum gününü qeyd edək, həm də birlikdə anaq. Allah rəhmət etsin” -, deyə təşkilatçı Humay Muxtarova tədbir haqda təəssüratlarını bölüşüb.

Mərasimə xalq artisti Flora Kərimova, əməkdar artist Səlim Abbasov, Elza Seyidcahan, Aşıq Samırə, Ayan Babakişiyeva, Sevinc Ağaşirinova, “Şarm” qrupu, prodüser Təranə Səmədova və başqaları iştirak edib.

Qeyd edək ki, Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən Nəzakət Məmmədova boynundakı qırışlardan azad olmaq istəyib. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olub. O,  qanaxmadan dünyasını dəyişib. 

Könül