Əməkdar artist vəfat etdi

emekdar-artist-vefat-etdi
Oxunma sayı: 8751

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repetitoru, tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli vəfat edib.

Bu barədə "Qafqazinfo"ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Etibar İsmayıl oğlu Qasımbəyli 23 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olub. O, 2011-ci ildə Əməkdar artisti fəxri adına layiq görülmüşdü.