Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Xanlar Muradovun 70 yaşı tamam olub.
"Qafqazinfo" xəbər verir ki, Dövlət Musiqili Teatrında mərhum aktyorun xatirəsi anılıb. Xanlar Muradov 30 il - 1975-ci ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar canlandırıb.
Teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Dövlət Musiqili Teatrında O. Kazimi və R. Heydərin “Qızıl toy” iki hissəli musiqili komediyasının növbəti nümayişi Xanlar Muradovun 70 illiyinə həsr olunub. Vaxtı ilə Xanlar Muradov bu tamaşada Rəhim kişi obrazını canlandırıb.
Xatırladaq ki, Xanlar Muradov 2005-ci il fevral ayının 5-də Bakıda vəfat edib.
Son xəbərlər
Son Xəbərlər