Əməkdar artistdən aparıcıya şərt- - "Müğənniciklər olmasın"

emekdar-artistden-apariciya-sert-
Oxunma sayı: 2351



“Qafqazinfo”nun  Axşam.az-a istinadən məlumatına görə, müğənni canlı yayıma gəlməzdən öncə aparıcı Zaur Kamalın qarşısına şərt qoyub. Belə ki, Z.Kamal efirdə “Aybəniz xanım, gəlməzdən əvvəl şərt qoymusunuz ki, verilişdə "müğənniciklər" olmasın. Qəşəng demisiniz” söyləyib. Xəbəri təsdiqləyən A.Haşımova bunları deyib: 

“Sizin verilişdə gözəl aura var. Hər dəvəti qəbul etmirəm. Mən sənətə reklam üçün gəlməmişəm. Əsl sənət xatirinə bu aləmdəyəm. Bir çoxları sənətkarların yanında əyləşir, sonra gedib bununla özlərini reklam edirlər. Özümə qadağa qoymuşam, belə "müğənniciklər" heç vaxt yanımda olmayacaq. Şəxsiyyətinə hörmət etdiyim sənətkarlar var ki, onların yanında əyləşmək mənim üçün şərəfdir”.