Əməkdar artistə qarşı 4 minlik dələduzluq - Video

emekdar-artiste-qarsi-4-minlik-deleduzluq
Oxunma sayı: 3910

Əməkdar artist Nahidə Orucova dələduzluğa məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisa “Elgizlə izlə” proqramında məlumat verib.

Aktrisa aztəminatlı qohumuna sosial evlər layihəsindən mənzil almaq istəyib. Elnarə Abdullayeva adlı şəxs bu barədə N. Orucovaya kömək edəcəyini bildirib. Əməkdar artist müəyyən hesablara 4 min manat dəyərində pul ödəyib.

Lakin o, nə sözügedən ailəni mənzil siyahısına saldırıb, nə də ki, bununla bağlı sənədləri təqdim edib.

Əməkdar artist hüquq-mühafizə orqanlarına müraciət edəcəyini açıqlayıb.