Əməkdar artistə “Tərəqqi” medalı təqdim olundu - Foto

emekdar-artiste-tereqqi-medali-teqdim-olundu
Oxunma sayı: 2830

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Estoniyada fəaliyyət göstərən “Rauf Avşar” Kukla Teatrının bədii rəhbəri Rauf Avşarovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Komitə sədri Azərbaycan mədəniyyətinin Estoniyada təbliğ olunması istiqamətində həmyerlimizin gördüyü işləri yüksək qiymətləndirib, Estoniyadakı diaspor təşkilatlarının, Tallin şəhərindəki Azərbaycan Evinin həyata keçirdiyi fəaliyyət istiqamətlərindən danışıb, Komitənin mədəniyyət sahəsində maraqlı layihələrə hər zaman dəstək göstərdiyini vurğulayıb.

Qonaq “Rauf Avşar” Kukla Teatrının fəaliyyəti barədə ətraflı məlumat verib və gələcək planlarına dair fikirlərini bölüşüb.

Rauf Avşarovun fəaliyyətinin Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirildiyini, 2006-cı ildə Azərbaycanın “Əməkdar artisti” fəxri adına layiq görüldüyünü qeyd edən F.Muradov Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində - Prezident İlham Əliyevin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə təltif olunduğu “Tərəqqi” medalını ona təqdim edib.