Əməkdar artisti şantaj edirlər

emekdar-artisti-santaj-edirler
Oxunma sayı: 2369

Əməkdar artist Məlahət Abbasovanı hədələyirlər.  “Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisanın özü məlumat yayıb. 

O, instaqramda izləyicisinin hesabını paylaşaraq təhdid olunduğunu qeyd edib: “Azərbaycan əsərlərinin, teatrlarının tanıdılması üçün əlimdən nə gəlirsə, edirəm. Bu profildəki əxlaqsız kimdirsə, Azərbaycan qadının ləyaqətini, namusunu heçə sayaraq günlərdir mənə mesajlar göndərir. Məni döydürməklə təhdid edir.

Mənə yaraşmayacaq dərəcədə ona cavab verməyə çalışdım, amma sakitləşmir. Əsla tanıdığım biri deyil. Belələri Azərbaycan qadını adına ləkədir. Mən lazımi yerlərə şikayət edəcəm”.