“Qafqazinfo” xəbər verir ki, bu barədə Lent.az-a aktrisanın yaxınları məlumat verib: “Gülnar xanımın vəziyyəti ağırdır. Onu Sabunçu xəstəxanasına yerləşdirmişik. Özünü çox pis hiss edir. Dializ olunmalıdır”.
Lent.az-ın əməkdaşı daha sonra G.Salmanovanın özü ilə əlaqə saxlayıb. Danışmaqda çətinlik çəkən aktrisa isə vəziyyəti barədə bu sözləri deyib: “Yaxşı deyiləm, oğlum. Mənə kömək edin. Hər gün daha da pis oluram. Mənim bu halımla maraqlanan heç kimsə olmayıb. Çox xahiş edirəm, mənə yardım edin. Ölmək istəmirəm”.
Son xəbərlər
Son Xəbərlər