Əməkdar artistin maşınının şüşələri sındırıldı

emekdar-artistin-masininin-suseleri-sindirildi
Oxunma sayı: 653

Bakıda əməkdar artistin avtomobilinin şüşələrinin naməlum şəxs tərəfindən sındırılması hadisəsinin təfərrüatları məlum olub. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Səbail rayon Tərlan Əliyarbəyov küçəsində Səlim Abbasova məxsus "BMW" markalı avtomobilin şüşələrinin oğurluq məqsədi ilə sındırıldığı aydınlaşıb. Bəlli olub ki, oğru maşının salonundakı skripkaları götürmək üçün yan şüşəni sındırıb və dərhal musiqi alətlərini götürüb. Bu zaman Səlim Abbasov telefonla danışa-danışa binadan çölə çıxıb və oğrunun skripkaları götürüb qaçdığını görüb. Musiqiçi onu tutmağa çalışıb və ələ keçəcəyini görən oğru alətləri yerə ataraq qaçıb.
 
S.Abbasov dərhal Səbail rayon Polis İdarəsinə müraciət edib.
 
Qeyd edək ki, Səlim Abbasov tanınmış skripka ifaçısı və Azərbaycanın əməkdar artistidir.