Əməkdar artistin ölüm xəbəri - Yalan çıxdı

emekdar-artistin-olum-xeberi-
Oxunma sayı: 3993

Tanınmış aktyor Məcnun Hacıbəyov vəfat edib

Qafqazinfo”nun ölkə.az-a istinadən məlumatına görə, bu barədə jurnalist İradə İsaq məlumat yayıb.

Xatırladaq ki, 81 yaşlı əməkdar artist ömrünün qırx ildən çoxunu Azərbaycan teatrına həsr etmişdi. 2010-cu ildə işlədiyi Azərbaycan Dövlət Dram Teatrından küsərək doğulduğu İkinci Nüqədi kəndinə qayıtmışdı.

O, daha çox "Yarımştat" televiziya tamaşasında oynadığı rolu ilə şöhrət qazanmışdı.

***

Aktyorun ölüm xəbəri yalan çıxıb. Məcnun Hacıbəyov özü bu haqda “Report”a açıqlama verib. “Düzdür, başım hərlənir, özümü pis hiss edirəm. Amma nisbətən yaxşıyam”, - aktyor bildirib. Əməkdar artist hazırda evində olduğunu deyib: “Mən tək yaşayıram. Mənə heç nə lazım deyil, dərmanım, hər şeyim var”.
M.Həcibəyov yanına gəlib-gedənin olmadığını da əlavə edib: “Mənə baş çəkməyə ancaq yayda gəlirlər”.