Əməkdar artistin səhhəti yaxşılaşır

emekdar-artistin-sehheti-yaxsilasir
Oxunma sayı: 747

Əməkdar artist Naibə Allahverdiyevanın səhhətində irəliləyiş var. 

“Qafqazinfo” xəbər verir ki, əsəbləri pozulan, qan təzyiqi yüksək olan aktrisa hələ də, Bakı Sağlamlıq Mərkəzində müalicə alır.  Aktrisanın həmkarı İlham Əsədov onun görüntülərini sosial şəbəkədə yayıb.  

Əməkdar artist “İndi yaxşıyam, Allah dostlarıma can sağlığı versin” deyərək səhhətinin bir qədər yaxşı olduğunu söyləyib. 

N. Allahverdiyeva onu ziyarət edən xalq artisti Yasin Qarayev və əməkdar artist Nübar Novruzova ilə söhbət edib, gəldikləri üçün öz təşəkkürünü bildirib.