“Əməkdar elm xadimi” fəxri adı verdi

emekdar-elm-xadimi-fexri-adi-verdi
Oxunma sayı: 3062

Prezident İlham Əliyev “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur:

Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə Təhsin Mütəllim oğlu Mütəllimova “Əməkdar elm xadimi” fəxri adı verilsin.