Əməkdar jurnalist vəfat etdi

emekdar-jurnalist-vefat-etdi
Oxunma sayı: 4655

Azərbaycan Tibb Universitetinin “Təbib” qəzetinin baş redaktoru, “Əməkdar jurnalist” Eldar İsmayıl Böyüktürk bu gün səhər saatlarında vəfat edib.

Bu barədə “Qafqazinfo”ya Tibb Universitetinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, 79 yaşlı jurnalist qanda şəkərin miqdarının kəskin artması nəticəsində dünyasını dəyişib. 

Qeyd edək ki, 2010-cu ildə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ona “Əməkdar jurnalist” fəxri adı verilmişdi.

Gülnar Əliyeva