Əməkdar jurnalist vəfat etdi

emekdar-jurnalist-vefat-etdi
Oxunma sayı: 4480

Əməkdar jurnalist Nair Əliyev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, N. Əliyev 1974-cü ildə anadan olub. O, uzun müddət “Exo” qəzetinin baş redaktor müavini, daha sonra bir sıra aparıcı KİV-də çalışıb. Onun son iş yeri Oxu.az saytı olub.

Allah rəhmət eləsin!

***

Medianın İnkişafı Agentliyi (MEDİA) Əməkdar jurnalist Nair Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə Agentlik sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Nair Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, - paylaşımda bildirilib.