Əməkdar rəssam dünyasını dəyişdi

emekdar-ressam-dunyasini-deyisdi
Oxunma sayı: 3055

Əməkdar rəssam Rəşid Şerif (Həsənov) dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə rəssamın çalışdığı YUĞ teatrının feysbuk səhifəsində yazılıb:

“Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib. YUĞ Teatrının banisi Vaqif İbrahimoğlunun qardaşı Rəşid Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışır. Bu illər ərzində Teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib”.

Qeyd edək ki, Həsənov Rəşid İbrahim oğlu (Rəşid Şerif) 1953-cü ilin 29 sentyabrında Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 2011-ci ildə "Əməkdar rəssam" fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!