“Əməkdaşlarımız vətəndaşlara kobudluq edəndə...” - Nazir

emekdaslarimiz-vetendaslara-kobudluq-edende
Oxunma sayı: 1848

“Ötən il ərzində 600 əməkdaşla bağlı inzibati cəza tədbiri görülüb”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, onlardan 80 nəfəri işdən azad olunub, 500-dən çox əməkdaşa isə töhmət verilib,  xəbərdarlıq edilib:

“Vətəndaşlara qarşı əməkdaşlarımız diqqətsizlik, səhlənkarlıq və kobudluq etdiyi təqdirdə, bu, diqqətimizdən yayınmır və mütləq şəkildə tədbir görülür.

Bütün qurumlarımıza tapşırıq vermişik ki, korrupsiya və rüşvətlə bağlı müraciətlər prioritetliyə alınsın və araşdırılsın. Fakt təsdiqini tapdığı təqdirdə özümüz Respublika Prokurorluğuna müraciət edirik. İndiyə kimi 10-dan çox belə hal olub və o əməkdaşlara qarşı cinayət işinin açılmasını təmin etmişik. Bir neçəsi artıq həbs olunub.

Quruma il ərzində 10 milyon ətrafında müraciət daxil olur. Vətəndaşlara da müraciətimiz odur ki, cavablandırma gecikdiyi təqdirdə şikayətin diqqətə alınmadığını düşünməsinlər”. 

Günel Hacı