Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib

Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib
Oxunma sayı: 702

Dövlət Gömrük Komitəsi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında yaradılan Əməkdaşlıq Şurasının növbəti görüşü keçirilib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Baş İdarə rəisləri, ASK-nın vitse-prezidenti Vüqar Abbasov və konfederasiyada təmsil olunan assosiasiyaların rəhbərləri iştirak edib.

İsmayıl Hüseynov görüşün hər iki tərəf üçün xüsusi önəm daşıdığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən gömrük sistemində həyata keçirilən innovativ islahatlardan bəhs edərək tətbiq edilən yeniliklərin sahibkarlıq mühitinin yaxşılaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Komitə sədrinin birinci müavini "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi məqsədilə müraciətlərin artdığını, ümumilikdə 500-ə yaxın xarici ticarət iştirakçısına bu sistemdən daimi istifadə hüququnun verildiyini diqqətə çatdırıb.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov bildirib ki, may ayında baş tutmuş görüşdən sonra sahibkarların qaldırdığı məsələlərin böyük əksəriyyəti öz həllini tapıb. ASK-ya daxil olan və Komitəyə ünvanlandırılan müraciətlərin həllinə göstərilən diqqətə görə V.Abbasov DGK-nin sədri Səfər Mehdiyev başda olmaqla bütün kollektivə təşəkkür edib.

Hümayəndə heyətinin rəhbəri ASK-nın tərkibində fəaliyyət göstərən komissiyaların iclaslarında sahibkarların gömrüklə bağlı qaldırdığı məsələləri çatdırmaq üçün sözü sahibkarlara verib və iclası konstruktiv diskusiya şəklində davam edib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi