“Əməkhaqqı 270 manatdan 549 manata qaldırılıb”

emekhaqqi-270-manatdan-549-manata-qaldirilib
Oxunma sayı: 3092

“Azərbaycan Dəmir Yolları" QSC-də 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, Cəmiyyətin sədri Cavid Qurbanov il ərzində dəmir yolu sahəsində görülən işlər haqqında geniş məlumat verərək bildirib ki, ötən il 4 mühüm layihənin təqdimatı keçirib: “Ümumilikdə yükdaşıma sahəsində 2018 – ci il ilə müqayisədə 9,1 % artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub.

Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2 % artım müşahidə olunub. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olub. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istiqamətində yük daşımalarında artım isə 42%-ə çatıb. 2018-ci ildə ölkə daxilində 2 mln 833 min nəfərin dəmir yolundan istifadə edib. Ötən il isə bu rəqəm 3 mln 849 min nəfər olub, bu isə 35,8% artım deməkdir. Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir”.

Cəmiyyətin kadr potensialından danışan Cavid Qurbanov qeyd edib ki, hazırda dəmir yolunda 18 min 170 nəfər çalışır: “Ötən il 1046 nəfər işə qəbul olunub. 2015-ci illə müqayisədə əmək haqqı 103 % artırılaraq, 270 manatdan 549 manata qaldırılıb”.