“Son 5 ay ərzində əmək müqavilələrinin sayı 95 mindən çox artıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Sahibkarlar Gününə həsr olunan konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, qısa müddətdə nail olunmuş bu rəqəm illik nəzərdə tutulmuş planı tam doldurub:”Sosial sığorta və gəlir vergisi ilə bağlı aparılmış islahatların nəticəsidir ki, əmək müqavilələrinin artımının 70%-i özəl şirkətlərin payına düşür. Əməkhaqqı fondunda da 17-18% artım müşahidə olunur. Bu, seçilmiş yolun şəffaf və doğru olmasının nəticəsidir”.
Nazir çıxışında onu da vurğulayıb ki, məşğulluq hər bir ölkənin iqtisadi və sosial həyatında çox mühüm rol oynayır: “Ötən il ölkəmizdə yeni məşğulluq haqqında qanun qəbul edilib. Bu da əmək bazarının inkişafında yeni strategiya yaratdı. Özünüməşğulluq proqramı sayəsində 6 min ailənin öz mikrotəsərrüfatını yaratması üçün aktivlər təşkil olunub. Bu il isə rəqəm daha da artaraq 10 min ailə üçün aktivlər təşkil olunacaq”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər