Əməliyyatdan sonra ölən qadınla bağlı rəsmi açıqlama

Əməliyyatdan sonra ölən qadınla bağlı rəsmi açıqlama
Oxunma sayı: 2991

Bərdədə qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb.

Rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 23-də saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənova Bərdə rayon Mərkəzi Xəstəxanasında ölüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə “yumurtalığın boğulmuş kistası” diaqnozu ilə daxil olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasında “kistanın çıxarılması” cərrahi əməliyyatı olunduqdan sonra ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi