Əməliyyatlarda 34 minaaxtaran it iştirak edib

emeliyyatlarda-34-minaaxtaran-it-istirak-edib
Oxunma sayı: 767

2016-cı ilin aprel ayı ərzində 7,412,514 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

"Qafqazinfo"ya ANAMA-dan daxil olan məlumata görə, 1,707 ədəd PHS, 6 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilmişdir. Cəmi 1722 ədəd PHS zərərsizləşdirilib.

Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 327,855,880 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 718,029-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Cəbrayıl, Cəlilabad, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

MİNADAN ZƏRƏRÇƏKƏNLƏR

2016-cı ilin aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.