Uşaq əməyinin istismarının qarşısını alınması məqsədiylə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019- cu il hesabatında qeyd olunub. Bildirilir ki, aparılmış yoxlamalarla həmin uşaqlardan yalnız birinin məcburi əməyin qurbanı olması təsdiqlənib. Digər hallar üzrə cinayət tərkibi müəyyən olunmayıb. Həmin faktlar əsasında övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bununla bərabər müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 670 material göndərilib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər