Emil Balayev “Tobol”dan ayrıldı

emil-balayev-toboldan-ayrildi
Oxunma sayı: 2619

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın "Tobol" klubundan ayrılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.

Qeyd edək ki, E.Balayev "Tobol"un heyətində 36 matçda meydana çıxıb. O, bu kluba ötən mövsümün əvvəlində transfer olunmuşdu.