Emil Hüseynli Azərtac-ın xüsusi müxbiri oldu

emil-huseynli-azertac-in-xususi-muxbiri-oldu
Oxunma sayı: 1076

Azərbaycanın tanınmış jurnalisti Emil Hüseynli AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, uzun illərdir, Trend İnformasiya Agentliyinin Azərbaycan redaksiyasının rəhbəri və baş direktorunun müavini vəzifələrində çalışmış E.Hüseynli bu günlərdə Azərtac-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, E.Hüseynli  Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakultəsinin beynəlxalq jurnalistika bölməsində oxuyarkən 90-cı illərin ortalarından Azərbaycan mətbuatında çalışıb. EM-Pİ-EY, Olaylar, APA və Trend informasiya agentliklərində müxbir vəzifəsindən tutmuş baş direktorun müavini vəzifələrinə kimi işləyib. E.Hüseynli ictimiai fəal kimi də tanınır. O Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair “Sözün bitdiyi zaman”, “Vandalizm”, dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunan “25 ilin akkordları” sənədli filmlərinin müəllifidir.