“Qafqazinfo”nun məlumatına görə, boksçumuz qələbəsini belə şərh edib:
“Döyüş bir az ağır keçdi. Çünki rəqibim zəif deyildi. Amma mən ondan təcrübəli və güclü olduğum üçün qələbə qazandım.
Mən bundan qabaq da demişəm ki, qızıl medala layiqəm. Mən öz əmimə söz vermişəm... Finala keçsəm, Rusiyanın Tomsk şəhərində yaşayan Səməndər əmimə salam göndərəcəyəm. Onu çox istəyirəm.
Finaldakı rəqibimi tanımıram. Onunla əvvəllər döyüşməmişəm. Ancaq onun döyüş taktikasını izləmişəm. İnşallah, yaxşı olacaq”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər