“Qafqazinfo”nun Super.ru-ya istinadən məlumatına görə, “Krokus siti holl”da keçirilən mərasimə ifaçının yaxınları və dostları ilə yanaşı, məşhurlar da qatılıb.
Tədbirdə azərbaycanlı müğənni Emin Ağalarov da iştirak edib.
Gündüz saat 2-dən başlayan vida mərasimi 8-ə qədər davam edib. Friske sabah Nikolo-Arxangelsk qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Janna Friske ağır sürən xəstəlikdən sürən ötən gecə vəfat edib. Müğənni 2 ilə yaxın beyin xərçəngindən müalicə olunub.
Son xəbərlər
Son Xəbərlər