Emin Ağalarov koronavirusa yoluxduğunu açıqladı - Video

emin-agalarov-koronavirusa-yoluxdugunu-aciqladi
Oxunma sayı: 6528

Xalq artisti Emin Ağalarov koronavirusa yoluxub. 

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə opera ifaçısı Yusif Eyvazovun instaqramda canlı yayımına qoşularkən bildirib.

“İşə gedirdim, qəfildən asqırdım. Ətir vurdum, hiss etdim ki, qoxu bilmirəm. Sonra səhər yeməyinə yollandım,amma heç bir şeyin dadını hiss etmirdim”,- deyə E. Ağalarov vurğulayıb.

Emin qeyd edib ki, dərhal həkimə gedərək COVID-19 testi etdirib və cavab müsbət olub. O, iki həftə ərzində evdə karantində tək qalıb, artıq virusdan xilas olub.