Emin Ağalarov “Sea Breeze”ə xərclənən məbləği açıqladı

emin-agalarov-sea-breezee-xerclenen-meblegi-aciqladi
Oxunma sayı: 11545

Azərbaycanın Xalq artisti, “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov Bakının Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” layihəsinə qoyulan investisiyanın məbləğini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Rossiya-1” telekanalında yayımlanan “Vesti nedeli” proqramında danışıb.

“Bugünkü gün layihəyə qoyulan ümumi investisiya təxminən 400 milyon dollar (680 milyon manat-red.) təşkil edib. Təxminən 300-400 min kvadrat metr müxtəlif daşınmaz əmlak inşa edilib”, - Ağalarov deyib.

Xəbəri rus dilində oxuyun: Новая управленческая команда в AccessBank