Emin Ağalarov yeni duetini təqdim etdi - Video

emin-agalarov-yeni-duetini-teqdim-etdi
Oxunma sayı: 4381

Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMIN) və Rusiyanın azərbaycan əsilli tanınmış ifaçısı Jony (Cahid Hüseynli) “Kamin” adlı duetlərini təqdim ediblər.

“Qafqazinfo”nun məlumatına görə, bəstənin söz və musiqisi Jony-ə məxsusdur. Mahnı artıq bütün rəqəmsal platformalarda yer alıb.

Bundan əlavə, mahnı üçün qrafik videoçarx da hazırlanıb.