Emin bir konsertindən bu qədər qazanır

emin-bir-konsertinden-bu-qeder-qazanir
Oxunma sayı: 4421

Rusiyanın “PROCONCERT” konsert-bayram agentliyi tanınmış ifaçıların qonorarlarına dair məlumatlar dərc edib.

“Qafqazinfo” xəbər verir ki, məbləğlərə artistlərin məişət və texniki xərcləri daxil edilməyib:

“Təqdim olunan artistlərin qonorarları tədbirin formatı, artistin qastrol cədvəli, tədbirin keçirilmə yerindən asılı olaraq az və ya çox ola bilər”.

Agentliyin məlumatına görə, konsert çıxışına görə ən yüksək qonorar alan Rusiyanın Xalq artisti Filipp Kirkorovdur. Onun qonorarı 10 milyon rubl (279 min manat) təşkil edir.

Siyahıda, həmçinin Rusiya və MDB ölkələrində populyarlıq qazanmış azərbaycanlı müğənnilər yer alıb. Onların aldığı qonorarlar aşağıdakı kimidir:

EMIN – 7 milyon rubl (195 min manatdan çox);

Jah Khalib – 3,5 milyon (98 min manata yaxın);

Jony – 3 milyon rubl (84 min manata yaxın)

HammAli & Navai – 3 milyon rubl (84 min manata yaxın).