Emin bu dəfə Diananı seçdi - Fotolar

emin-bu-defe-dianani-secdi
Oxunma sayı: 5671

Rusiyada fəaliyyət göstərən xalq artisti Emin Ağalarov Azərbaycana gəlib.  “Qafqazinfo” xəbər verir ki,  müğənni – bəstəkar  “Невероятная” (İnanılmaz) adlı mahnısına klip çəkdirmək üçün Bakıya təşrif buyurub. 

Ağalarov bu dəfə klipinə rusiyalı kino və teatr aktrisası Diana Pojarska ilə birgə çəkilib.  Bu barədə müğənni instaqram səhifəsinə məlumat yayıb və çəkilişən lentə alınan görüntüləri izləyiciləri ilə bölüşüb. 

Emin Diananın eyni zamanda “Jara Baku” adlı filmdə də rol alacağını qeyd eib.