Xalq artisti Emin Ağalarov Rusiyanın “OK” jurnalının baş redaktoruna onlayn müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, müğənni- bəstəkar koronavirus (COVİD-19) pandemiyasının əyləncə sektorunda yaratdığı problemlərdən bəhs edib.
O, eyni zamanda 29 iyul- 2 avqust tarixində Bakıda keçirilməsi nəzərdə tutulan “Jara- 2020” beynəlxalq festivalından danışıb.
“Festivalın bu il 5 illiyi olacaq. Ona görə də tədbirə bir gün də əlavə etdik, yəni xarici sənətçilər də çıxış edəcək”,- deyə Emin bildirib.
Xalq artisti pandemiya səbəbi ilə “Jara” musiqi mükafatlarının, Düsseldorf və Monakoda keçirilməsi planlaşdırılan “Jara” festivalının payızadək təxirə salındığını açıqlayıb.
Plana əsasən, Bakı və Bodrumdakı “Jara”nın tarixləri dəyişməz olaraq qalıb.
Son xəbərlər
Son Xəbərlər