Emin ehtiyatda qaldı, - “Boavişta” isə bərabərə + Video

emin-ehtiyatda-qaldi
Oxunma sayı: 703

Portuqaliya Premyer Liqasında 29-cu tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin üzvü Emin Mahmudovun çıxış etdiyi “Boavişta” öz meydanında “Fereyra”nı qəbul edib. Matç 0:0 hesabı ilə başa çatıb.

Emin 90 dəqiqə ərzində meydana buraxılmayaraq matçı ehtiyat skamyasından izləyib.

Qeyd edək ki, hazırda “Boavişta” 35 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.