Emin Əmrullayev 4 rayonun təhsil ictimaiyyəti ilə görüşdü - Fotolar

emin-emrullayev-4-rayonun-tehsil-ictimaiyyeti-ile-gorusdu
Oxunma sayı: 2468

Bu gün təhsil naziri Emin Əmrullayev Sabirabad rayonuna səfəri çərçivəsində Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbə müdirləri, müdir müavinləri və 150-dən çox məktəb direktoru ilə görüşüb. 

Bu barədə “Qafqazinfo”ya Təhsil Nazirliyindən məlumat verilib.

Görüş zamanı sözügedən bölgələrdə təhsil sahəsinin mövcud problemləri və həlli istiqamətində fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması, bu istiqamətdə görülən işlər və gələcək planlar müzakirə olunub. 

Sonda yerli təhsili idarəetmə qurumlarına müvafiq tapşırıqlar verilib və suallar cavablandırılıb.