Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev ikitərəfli görüşlər keçirib.
“Qafqazinfo” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, E. Əmrullayev Malayziyanın ali təhsil naziri Zambri Abdul Kadir və Özbəkistanın məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova ilə görüşüb.
Forum çərçivəsində elm və təhsil naziri həmçinin Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Təhsil departamentinin məktəblər üzrə müşaviri Baronessa Diana Baranla görüş keçirib.
Sözügedən görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.