Emin Əmrullayev Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşdü - Foto

emin-emrullayev-londonda-dovlet-proqrami-teqaudculeri-ile-gorusdu
Oxunma sayı: 3243

Təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumunda iştirak etmək üçün Londonda işgüzar səfərdədir. 

Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində təhsil naziri mayın 22-də Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb. 

Görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyətlər haqqında məlumat verilib və təhsilin müxtəlif istiqamətlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Emin Əmrullayev görüşdə iştirak edən vətəndaşlarımızın təhsil fəaliyyəti, doktorantların tədqiqat işləri, onların təhsil aldıqları universitetlərdə əldə etdikləri təcrübələr və yiyələndikləri biliklər haqqında ətraflı məlumat alıb.