Emin Hüseynov haradadır?- - Tutulub, yoxsa gizlənib?

emin-huseynov-haradadir-
Oxunma sayı: 3226


"Qafqazinfo" Turan-a istinadən xəbər verir ki, avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-də axtarış apararkən Emin Hüseynov iştirak etməyib. Axtarışa rəhbərlik edən müstəntiq RATİ-nin direktorunun iştirakının vacib olmadığını bildirib.

RATİ-nin əməkdaşları və ailəsi Emin Hüseynovun harada olduğunu bilmir. Emin Hüseynovun mobil telefonu avqustun 10-dək zəngləri qəbul edib, amma cavab verən olmayıb. Avqustun 11-dən isə telefonu söndürülüb.

Baş Prokurorluğun mətbuat xidməti də Emin Hüseynovla bağlı məlumata malik deyil. “Mətbuat xidmətində Emin Hüseynovla bağlı hər hansı məlumat yoxdur”, -mətbuat xidmətindən Turan-a bildirilib.