Emin koronavirus testinin nəticəsini açıqladı

emin-koronavirus-testinin-neticesini-aciqladi
Oxunma sayı: 3312

Xalq artisti Emin Ağalarov Rusiyanın məşhur “Veçerniy Urqant” proqramının qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, müğənni-bəstəkar verilişdə karantin rejiminin biznesinə mənfi təsir etməsindən danışıb.

“Heç bir yer - 30 restoran, 4 ticarət mərkəzi, 2 konsert salonu çalışmır”- deyə Emin bildirib.

Bundan əlavə, sənətçi Bakı və Moskvada iki dəfə koronavirus testindən keçdiyini, cavabların neqativ çıxdığını qeyd edib.